XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 10:47

Yohannes Han:“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”

“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”.
 
APA-nın “neweasterneurope.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib. O bildirib ki, Aİ ilə Azərbaycan münasibətləri yeniləmək və 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləyəcək yeni ikitərəfli sazişlə əlaqələrin tam potensialını inkişaf etdirmək niyyətindədir: “Hələlik adı məlum olmayan bu saziş ortaq fundamental dəyərlər və prinsiplər əsasında əlaqələrimizi genişləndirəcək və dərinləşdirəcək, qarşılaşdığımız çağırışlar və ortaq qlobal, siyasi-iqtisadi maraqları nəzərə alacaq. Saziş siyasi, sektoral, ticarət və iqtisadi əlaqələri əhatə edəcək”.
 
Komissar Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı təmsil etdiyi təşkilatın mövqeyini də izah edib: “Münaqişəyə dair bizim mövqeyimiz bəllidir. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun münaqişə zonasında gərginliyin azaldılması ilə bağlı təxirəsalınmaz tədbirləri nəzərdən keçirməyi nəzərdə tutan, o cümlədən tərəflərin substanstiv və vacib siyasi iradə ilə danışıqlara yenidən cəlb olunması istiqamətindəki səylərini dəstəkləyir”.