XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

18 Oktyabr 2017 - 12:49

Erkin Qədirli  siyasətdən gedir –“Bu ölkədə siyasət mənlik deyil”

 

Hüquqşünas, Bakı Dövlət Universitetinin müəllimi Erkin Qədirli Respublikaçı Alternativ Hərəkatının (ReAl) partiyaya çevrilməsindən sonra siyasətlə məşğul olmayacağını bəyan edib.

Bu barədə o, özünün feysbuk səhifəsində yazıb.

E.Qədirli bildirib ki, təşkilatda qalsa da, rəhbərlikdə təmsil olunmayacaq: “Siyasətə girəndən, özümdən heç xoşum gəlmir. Amma problem xoşluqda deyil. Ağlım başqa cür işləyir – məndən siyasətçi çıxmaz. Peşəmdən daha çox uzaqlaşmamaq, ona daha çox ziyan vurmamaq üçün, yavaş-yavaş siyasətdən dönürəm. Hüquqa qayıdıram. Bu ölkədə siyasət mənlik deyil. ReAl-da qalıram – dostlara yardım etmək üçün. Amma ReAl-ın qurultayından sonra qurulacaq rəhbər vəzifələrdə olmayacağam”.