“İndiki situasiyada müharibə Azərbaycan üçün arzuedilməzdir”.
Bunu Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bildirib.
Onun sözlərinə görə, bu gün Qarabağ uğrunda başlayacaq hər hansı savaş ölkəmiz üçün ağır nəticələr doğura bilər:
“Qarabağda uğurlu müharibə üçün bir sıra şərtlərin formalaşması lazımdır ki, hələlik o şərtlər mövcud deyil. Bu gün nə ölkədaxili, nə də beynəlxalq vəziyyət belə bir müharibə üçün əlverişli deyil. Bu səbəbdən də hesab edirəm ki, indiki şəraitdə baş verəcək müharibənin Azərbaycan üçün ağır nəticələri ola bilər”.
Moderator.az