XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2017 - 17:02

Müsavat Partiyasından yürüşlə bağlı açıqlama:"Mübarizə hüquqi və siyasi müstəvidə davam edəcək"

Müsavat Partiyası 21 oktyabr yürüşü ilə bağlı qərarını açıqlayıb.

Partiyadan APA-ya verilən məlumata görə, qərarda yürüşün keçirilməyəcəyi, sərbəst toplaşmaq azadlığı uğrunda mübarizənin bundan sonra da hüquqi və siyasi müstəvidə davam etdiriləcəyi bəyan edilib.

Qeyd edək ki, Müsavat Partiyasıoktyabrın 21-nə yürüş təyin edib, aksiyanın keçirilməsinə razılıq verilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət ünvanlayıb.

Meriya isə yürüşün keçirilməsinə razılıq verməyərək, Müsavat Partiyasına həmin tarixdə keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi təklif edib.