XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2017 - 12:15

Rusiyalı politoloq:“Bu dəfə iraqlılar və kürdlər arasında yeni silahlı qarşıdurma yaranacaq”

“İraqın federal orqanları Kərkükə nəzarəti hələ də təmin etməyib: Kürdlər neft yataqları və K-1 hava bazasının Peşmərgənın əlində qaldığını iddia edir. Kürdlərin ən zəngin neft yataqlarının olduğu Kərkükdən imtina etməsinin ehtimalı  çox azdır.

Bunu Eurasia Diary-ə Rusiyalı politoloq, siyasi elmlər doktoru, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü Andrey Manoylo, kürdlər arasında baş verən toqquşmalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Kərkükdə federal orqanlar və Peşmərgə arasındakı qarşıdurmalar referendumun və İraq Kürdüstanının müstəqillik elan etməsinin birbaşa nəticəsidir. Kürdüstanın onsuz da Bağdaddan asılılığı yox idi. Belə ki, onun öz ordusu ve vergi yığma səlahiyyətləri var idi. Neft satışından böyük gəlir əldə edir, ABŞ isə böyük sayda silahlarla təmin edir. İndi o, artıq baş vermiş hadisələri elan etməyə qərar verib. Əlbəttə ki, bu Bağdadı qane etmir. Buna görə də kürdlər özlərinin hesab etdiyi Kərkük  şəhərini götürməyə qərar verib.

“Kürdlər, əlbəttə ki, Kərkükü silah gücüylə müdafiə edəcək. Peşmərgə böyük, yaxşı silahlanmış bir ordudur. Digər tərəfdən İraq ordusu çox zəifdir – onun ən yaxşı hissələri Mosul uğrunda döyüşdə tamamilə məğlub olub. Bağdadın mübarizə aparması üçün heç kimi və heç nəyi yoxdur. Nəticədə bölgədə bu dəfə iraqlılar və kürdlər arasında yeni silahlı qarşıdurma yaranacaq. Bu şəraitdə  İŞİD ilə mübarizənin davam edəcəyini düşünmək olmaz və Peşmərgə Mosul uğrunda tükənmiş döyüşlərdə məğlub olmuş federal ordu üzərində qalib gələ bilər və İraq isə federasiya kimi  hissələrə bölünəcək. Ekspert hesab edir ki, bu  region üçün yeni bir geosiyasi fəlakət olacaq ".

Andrey Manoylonun sözlərinə görə, ABŞ İraq kürdlərinin Bağdadla münaqişəsində kürdlərin tərəfini tutacaq. Bərzani tərəfdarları ultra-amerika meylli mövqeni tutur, Bağdadda isə İrana müəyyən qədər simpatiyası olan şiə hökuməti var. Bundan əlavə, İraqdakı müstəqil Kürd dövləti Türkiyə üçün birbaşa çağırışdır, belə ki, hətta bir neçə il bundan əvvəl onlar ordunun müəyyən bir hissəsi və Fəthullah Gülənin əli ilə dövlət çevrilişi etməyə çalışmışdılar.