XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

20 Oktyabr 2017 - 13:08

 Səməd Seyidov:“AŞPA- da  Ukraynadan olan deputatlar Azərbaycanın əleyhinə səs verdilər”

Milli Məclisdə Ukraynadan olan deputatların Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə səs verməsi məsələsi müzakirə olunub.

 Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışı zamanı bildirib ki, ukraynalı deputatların hərəkəti təəssüf doğurur.

 “Burada daha çox diqqət çəkən məqam Ukraynadan olan deputatların Azərbaycan əleyhinə səs verməsidir. Bilirsiniz ki, Azərbaycan-Ukrayna münasibətləri prezident Pyotr Poroşenkonun Bakıya səfərindən sonra yüksələn xətt üzrə inkişaf edir. Bu gün o deputatlar Azərbaycan əleyhinə səs verməklə, elə Ukraynanın öz əleyhinə səs verdilər. Orada “Pyotr Poroşenkonun Bloku”ndan olan deputatlar səsvermədə iştirak etmədilər, digər deputatlar əleyhimizə səs verdilər. Buna təəssüf edirəm”, – deyə S. Seyidov qeyd edib.

 Spiker Oqtay Əsədov S. Seyidova Ukrayna ilə bağlı fikirlərinə şərik olduğunu bildirib: “Maraqlıdır ki, Poroşenkonun tərəfdarı olan deputatlar ümumiyyətlə bitərəf qaldılar, səsvermədə iştirak etmədilər”.

 Ukrayna ilə parlamentlərarası İşçi Qrupunun rəhbəri Rüfət Quliyev isə bildirib ki, qrupun Ukraynadan olan rəhbəri Maksim Kuryaçiy ilə danışıb: “O mənə söz verdi ki, gələn həftə işçi qrupunun üzvləri bununla bağlı bəyanat verəcəklər. Hansı formada verəcəklər, ona baxacağıq”.