XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2017 - 18:30

Vəkil İlqar Məmmədovla görüşdü:“O, bu gün baş verənləri xoşagəlməyən hərəkətlər sayır”

Vəkil Fuad Ağayev oktyabrın 20-də 2 saylı Cəzaçəkmə Müəssisəsində ReAL sədri İlqar Məmmədovla görüşüb.

Bu barədə vəkilin özü məlumat verib.

O bildirib ki, İlqar Məmmədov müəssisə rəhbərliyi tərəfindən yoxlamaya məruz qaldığından görüş bir az gec baş tutub: “İlqar Məmmədov dedi ki, bu günkü tərzdə yoxlama ilə o, 2015-ci ilin oktyabrında qarşılaşmışdı, sonra da onu müəssisənin vəzifəli şəxsləri döymüşdülər. O, bu gün baş verənləri xoşagəlməyən hərəkətlər sayır”.

Vəkil İlqar Məmmədovun səhhətinin normal olduğunu deyib. İlqar Məmmədov 2013-cü ildə həbs edilib. O, həmin ilin 23-24 yanvarında İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. Sakitlik bərpa edildikdən sonra İsmayıllıya getməsinə baxmayaraq, Məmmədov kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham edilib və 7 il müddətinə azadlıqdan məhrum olunub.