XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Oktyabr 2017 - 19:09

Sərdar Cəlaloğlu Dəniz Baykalla olan görüşündən danışdı:“Bu adam Qarabağ münaqişəsinin adını belə deyə bilmirdi”

Məlum olduğu kimi, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykal bu günlərdə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Türkiyə mətbuatında onun beyin ölümü keçirdiyi barədə xəbərlər də yayılıb. Qeyd edək ki, Dəniz Baykal bu günlərdə keçirdiyi krizisin ardından 3 dəfə əməliyyat olunub.

ADP sədri Sərdar Cəlaloğlu Dəniz Baykalla olan görüşü barədə musavat.com-a maraqlı açıqlama verib.

“Dəniz Baykal ilə zamanında 3 dəfə görüşmüşəm. Bir dəfə məndən soruşdu ki, “Sizin ölkədə bir şey var, qarşıdurma, onun axırı necə oldu?” Əvvəlcə elə başa düşdüm ki, sabiq prezident Elçibəyin dövlət çevrilişi ilə bağlı məsələsindən söz açır. Dedi ki, “Yox, ermənilər ilə sizin arasınızda olan qarşıdurmanı deyirəm”. Dedim ki, “Yəqin ki, Dağlıq Qarabağ problemini deyirsiz”. Bildirdi ki, “Hə, onu deyirəm”. Təsəvvür edin ki, bu adam Dağlıq Qarabağ münaqişəsinin adını belə bilmirdi. Və Azərbaycandan o qədər xəbərsizdir ki, hadisənin necə bitməsini soruşur.

ADP sədri bildirib ki, uzun müddətdir siyasətdə olan Dəniz Baykal baş nazirin müavini, CHP sədri olub, amma bir dəfə də olsun, Azərbaycana səfər etməyib.