XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 02:00

Milli Şuranın sədri Cəmil Həsənli ABŞ-da səfərdədir –Vaşinqtonda görüşlər keçirib – FOTO

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Azərbaycandakı siyasi vəziyyəti müzakirə etmək üçün ABŞ paytaxtına gedib.

C.Həsənli bu həftə ABŞ-da rəsmi şəxslərlə görüşündə diqqəti Gürcüstanda və Ukraynada azərbaycanlı fəalların təqib edilməsinə yönəldib. O, ABŞ-ı Azərbaycanda insan hüquqlarını pozanlara qarşı ən yüksək səviyyədə sanksiyaların tətbiqinə çağırıb.

"Mən Azərbaycanda dəyişiklik etmək üçün ABŞ hökuməti tərəfindən hər hansı kömək və ya maddi dəstək istəmək fikrində deyiləm. Bu, bizim mübarizədir", – C.Həsənli vurğulayıb.

azadlıq.info