XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

23 Oktyabr 2017 - 09:53

Sülhəddin Əkbər:“Avropa Şurasından çıxsaq, Azərbaycanla bağlı çox təhlükəli ssenarilər işə salınacaq”

 “Avropa Şurası ilə münasibətlərin qırılması, həmin qurumdan çıxmağımız və ya çıxarılmağımız Azərbaycana siyasi, iqtisadi, hərbi, humanitar sahələrdə ciddi problemlər yarada bilər”

Strateq.az bildirir ki, bu sözləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bu beynəlxalq qurumla ölkəmiz arasında yaranmış böhranı musavat.com-a şərh edərkən deyib: “Heç kim düşünməməlidir ki, Avropa Şurasından çıxsaq, bizdən əl çəkəcəklər və rahatlaşacağıq. Tam tərsinə proseslər baş verəcək. Birincisi, Azərbaycanda bizi narahat edən potensial təhdidlər üzə çıxmağa başlayacaq. Yəni ölkədə hakimiyyət dəyişikliyində maraqlı olan xarici güclər, eyni zamanda daxili güclər bu istəklərini siyasi yolla, dinc yolla həyata keçirmək mümkün olmadığından qeyri-siyasi, qeyri-dinc yollara baş vuracaqlar. Avropa Şurasından çıxmağımızın ən təhlükəli siyasi nəticəsi bu ola bilər.

S. Əkbərin sözlərinə görə, Azərbaycanla bağlı çox təhlükəli ssenarilər işə salına bilər. İqtisadi nəticələrə gəldikdə, Azərbaycanın xarici ticarət dövriyyəsində Qərblə iqtisadi əlaqələr 70 faizdən yuxarı təşkil edir. Avropa Şurasından çıxmaq bu qədər böyük iqtisadi münasibətlərə çox ciddi zərbə vura bilər. Azərbaycan Avropa üçün iqtisadi tərəfdaşlıq imkanlarını itirə bilər: Azərbaycan qazı Avropa bazarından mütləq şəkildə asılıdır. Bir anlığa düşünün ki, Azərbaycan bu bazardan məhrum olsa, iqtisadiyyatımız hansı vəziyyətə düşər. Azərbaycan nefti və qazını almasalar, ölkəmiz bu strateji məhsullarını kimə satacaq? Neft və qazla zəngin Rusiyaya, yoxsa İrana, Türkmənistana, ya Qazaxıstana satacağıq? Bu məsələləri düşünmək lazımdır. Azərbaycanın Avropa Şurasından çıxması Qarabağ məsələsində də zərərimizə yeni situasiya yaradar”.