XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 20:39

İcra başçısı satır, alverçilər də ağac qalmır kəsir… – (Foto)

Məmurlar prezident İlham Əliyevin Bakıda ağacların qırılmasını kəskin pisləyən şifahi xəbərdarlığına məhəl qoymamaqda, dövlət başçısının bu göstərişlərinin ziddinə getməkdə davam edir.

Virtualaz.org saytı məmurların prezidentin “ağacları kəsməyin” tapşırığının əksinə getdiyini, hələ də ağacları kəsməklə məşğul olduğunu göstərən faktları təqdim etməkdə davam edir. Daha bir fakt…

Aprelin 10-da paytaxtın Nizami rayonunda – Qara Qarayev prospekti, 30/42 ünvanında daha bir yaşıllıq məhv edilib. Səbəb inanılmazdır: Nizami rayonunun icra başçısı Tahir Budaqov prezidentin tapşırıq və göstərişlərinin əksinə olaraq bu ünvanda nə qədər yaşıllıq, ağac varsa, hamısının köklü-budaqlı məhv edilməsinə razılıq verib. Daha dəqiq desək, yaşıllıq olan əraziləri orada tikinti işləri aparmağa hazır dayanan şəxslərə satıb. Onlar da bu sahələri alıb və işə başlayıb.

Virtualaz.org saytı bu faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrənməyə çalışacaq. Hələliksə fotolara baxaq. Prezidentin görmək istəmədiyi mənzərəni təqdim edirik:

Virtualaz.org