XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2017 - 23:30

İsa Qəmbər:“Rusiya elitası mövqeyini dəyişməlidir, artıq 21-ci əsrdir”

“Rusiya hakimiyyəti ən yaxşı halda 19-cu əsrin təfəkkürü ilə hərəkət edir; imperialist siyasəti ilə ərazilərə nəzarət etməyə, bütün konfliktləri zorakı üsul ilə həll etmək istəyir. Qafqazın ən zəngin hissəsinə, Azərbaycana nəzarət etməyə çalışır. Rusiya elitası mövqeyini dəyişməlidir, artıq 21-ci əsrdir.

Strateq.az bildirir ki, bu sözləri Müsavat partiyasının lideri İsa Qəmbər xəbər365.com-a müsahibəsində Azərbaycanla Moskva arasında münasibətləri şərh edərkən bildirib.  

Onun sözlərinə görə, dövlətlər, xalqlar arasında bərabərlik beynəlxalq sənədlərdə öz əksini tapmış önəmli gerçəklikdir: “Rusiya öz siyasətindən əl çəksə, normal qonşuluq münasibətləri yaratmaq mümkün olardı. Belə yanaşma Rusiyanın öz maraqlarına da cavab verərdi. Dediklərim Ermənistanın özünə də aiddir. Rusiya siyasətini dəyişsə, Qarabağ məsələsi daha rahat, itkisiz həll oluna bilər.

İ. Qəmbər deyib ki,  Qafqazda sülhün, əminamanlığın, barışın yaranmasına, Qafqazın normal şəkildə inkişaf etməsinə, çağdaş dünyaya inteqrasiya olunmasına şərait yaradar: “Azərbaycan da, Ermənistan da Avropa birliyi ilə danışıqlar aparır. Danışıqlar, hələ ki, heç bir müsbət nəticəyə gətirib çıxarmayıb. Bu, birbaşa Rusiyanın təziqinin nəticəsidir. Bu, əhalinin həyat şəraitinə də təsir edib imkanlarını artırır. Rusiya faktoru, təəssüf ki, mənfi amil kimi qalmaqdadır”.

İ. Qəmbərin sözlərinə görə, Qarabağ məsələsini həll etmək əzmini davam etdirməklə, ciddiləşdirməklə yanaşı, sürətləndirməyə çalışmaq lazmdır: “Bunun bir tərəfi beynəlxalq birliyin hazırda tətbiq etdiyi sanksiyalar və tələblərdi. Əminəm ki, bu sanksiyalar və tələblər Rusiya siyasətinin tam da olmasa, qismən cilovlanmasına, qonşu ölkələrə təcavüzünə, təzyiqinin azalmasına gətirib çıxaracaq. Eyni zamanda, Azərbaycan özü-öz siyasətini düzgün qurmaqla Qarabağ məsələsində aydın, düşünülmüş və ciddi konsepsiyaya malik olmaqla beynəlxalq birliklə münasibətləri düzgün sağlam əsaslarla qurmaqla, insan haqlarına əməl etməklə, demokratik şərtlərə əməl etməklə Rusiyanın təziq imkanlarını azaltmalıdır”.