XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2016 - 12:47

“Səudiyyə şiə din xadimini edam edərək İranın oyununu pozdu” – Zərdüşt Əlizadə

Məlum olduğu kimi, yanvarın 2-də İranın şiə təriqətindən olan din xadiminin Səudiyyə Ərəbistanı tərəfindən edam olunması hər iki dövlət arasında münasibətləri gərginləşdirib. 

Bəs, iki dövlət arasında münasibətlərin kəskin pisləşməsi Yaxın Şərq ocağında yeni bir müharibənin başlamasına səbəb ola bilərmi? 

Bununla bağlı politoloq Zərdüşt Əlizadə bildirib ki, yaxın müddət ərzində iki dövlət arasında müharibənin başlaması gözlənilmir: “İran Səudiyyə ilə müharibəyə başlaya bilməz. çünki hər iki ölkənin hərbi gücləri çox fərqlidir. Həmçinin İran Səudiyyə ilə müharibəyə başlayıb qısa müddətdə onu məğlub etməsi mümkün deyil. çünki Səudiyyə Ərəbistanının xeyli güclü müttəfiqləri var. Amma Sədiyyənin özü belə İrana müharibə elan edə bilməz. Ondan asılı olan başqa dövlətlər də İranla əlaqələri kəsiblər. Bundan sonra İrana qarşı çoxlu qəzəbli nitqlər söylənəcək, hədələyici çıxışlar olacaq. Amma düşünmürəm ki, Yaxın Şərqdə iki dövlət arasında böyük müharibə başlasın”. 

Zərdüşt Əlizadənin fikrincə, iki dövlət arasında vəziyyətin pik həddə çatmasına baxmayaraq münasibətlərin yenidən düzəlməsi mümkündür: “Bütün dövlətlər arasında, hətta ən böyük qırğına çıxan ölkələr arasında əvvəl-axır münasibətlər bərpa olunur. Məsələn, Fransızlar və İngilislər düz 3 il bir-birlərini qırmışdılar. İndi isə dost dövlətlərdir. Bu cür misalları çox göstərmək olar. Tarixi baxımdan İran və Səudiyyənin nə vaxtsa mehriban əməkdaş olacağına heç bir şübhəm yoxdur. Amma indiki halda isə kiməsə İranın apardığı oyunu pozması lazım idi. Necə ki, Türkiyə Rusiyanın təyyarəsini vurub onun oyununu pozdu. Səudiyyə də şiə din xadimini edam edərək İranın oyununu pozdu”.

Politoloq qeyd edib ki, Yaxın Şərqdə müharibənin olmasının heç bir dövlətə xeyri yoxdur: “Diplomatik əlaqələrin kəskinləşməsinin özü böyük gərginliyin əlamətidir. Ondan yuxarı diplomatik münaqişə olmur. Amma münaqişənin hərbi cəhəti də var. Belə ki, iki dövlətdən hansısa kiçik bir gəmini, təyyarəni vura bilərlər. Amma böyük bir müharibənin ola biləcəyinə inanmıram. çünki bu müharibə heç bir dövlətə xeyr gətirməyəcək”(AzNews.az).