XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 16:15

Deputat DTX-nın İŞİD-lə bağlı  əməliyyatından danışdı:“Elə bilin ki, həmin o dövr gəlib çatıb”

Dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Milli Şuranın mitinqində terror planlaşdıran dəstə üzvlərinin məhv edildiyi ilə bağlı məlumat yayıb. Kifayət qədər ciddi bir hadisə baş versə də, müxalifət düşərgə sosial şəbəkələrdə bunun siyasi oyun kimi təqdim etdilər. Lakin bu, Azərbaycanda planlaşdırılan ilk terror faktı deyil. Bu il ərzində bir neçə dəfə DTX ölkəmizdə terror törətmək istəyənlərin zərərsizləşdirildiyi ilə bağlı rəsmi məlumat yayıb. Bunlardan biri isə hətta Milli Məclisin binasında planlaşdırılmış.

Bəs kimlər Azərbaycanı hədəf alıb?

Məsələ ilə bağlı  danışan Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü deputat Zahid Oruc bildirib ki, ələ keçirilən adamlar inanclı kəsimdən olsalar da, onların dini ekstremist qruplaşmalarla nə dərəcədə əlaqəli olduğunu demək çətindir: "İŞİD yarandıqdan sonra ekspertlər, siyasətçilər hamısı həyəcan təbili çalırdı. Hər kəs bir sualı verirdi: İŞİD dayaqlarına zərbə vurulandan, yuvaları dağıdılandan sonra sağ qalan birləşmələr hara üz tutacaqlar? İŞİD çıxarıldığı ərazilərdə bayrağını endirib, harada qaldıracaq? Elə bilin ki, həmin o dövr gəlib çatıb. İŞİD-ə ciddi zərbə vurulur, məskunlaşdığı yerlərdən çıxarılır. DTX-nın zərərsizləşdirdiyi həmin adamların ləqəblərindən görünür ki, bu sahədə "əməkləri” olmuş şəxslərdir. Hətta onların içərisində əmir rütbəsinə qədər yüksələnlər var. Bu o anlama gəlir ki, casus kimi ələ keçirilən, terror şəbəkəsinin yeminə çevrilmiş adamlar, təəssüf ki, inanclı kəsimdən olanlardır. Bu adamların etiqadından istifadə edən konkret mərkəzlər mövcuddur. Dünən zərərsizləşdirilən adamların həmin dini ekstremist qruplaşmalarla əlaqəsi varmı, bu suala cavab vermək çətindir”.

Plan baş tutsaydı, nələr ola bilərdi?

Millət vəkili düşünür ki, o adamların planları baş tutsaydı, bu, Azərbaycanda qarışıqlıq salmaq istəyən qüvvələrin mənafeyinə işləyəcəkdi: "Azərbaycanın ən böyük sərvəti sabitliyidir. Lakin düşünün ki, hansısa qüvvələr hər hansı bir kütləvi aksiyanı hədəf götürərək, ora zərbə vururlar. Burada həyatını itirən insanlar hansı cinahdan, hansı siyasi mənsubiyyətdən getmələrindən asılı olmayaraq, birinci növbədə terrorçu qüvvələrin niyyəti baş tutmuş olacaq.

İkincisi, onların niyyəti odur ki, camaata "dövlət sizi qorumur, bizimlə hesablaşın” mesajını verə bilsinlər.

3-cüsü isə, şübhəsiz ki, Avropada ixtisaslaşmış tənqidçi siyasi mərkəzlər  bununla Azərbaycan hakimiyyətini daha çox tənqid etmək imkanı qazanmış olurlar. Ona görə də təhlükəsizlik məsələsində müxaliflik etmək olmaz. Hər kəs bu məsələdə dövlətin müvafiq qurumlarının yanında olmalıdır”. (BakuPost.az)