XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 16:57

İraq Kürdüstan muxtariyyətinin dialoq təklifini rədd etdi –Prezident qərarını İranda açıqladı

İraqın prezidenti Heydər Əl-Abadi kürd liderlərin münaqişədən yayınmaq məqsədilə müstəqillik referendumunun nəticələrini dondurub dialoq başlatmaq təklifini rədd edib.

Cümə axşamı danışıqlar üçün İranda səfərdə olan Abadi verdiyi bəyanatda hökümətinin refendumun nəticələrinin ləğv edilməsini və konstitusiyaya hörmət bəslənməsini qəbul edəcəyini bildirib.

Sentyabr ayında keçirilən refendumda iştirak edənlərin böyük əksəriyyəti şimal kürd regionunda müstəqillik lehinə səs verib. Abadi səsverməni qeyri-qanuni adlandırıb və cavab olaraq qüvvələrini kürdlərin nəzarəti altında olan mübahisəli ərazilərin nəzarətini almağa göndərib.

Referendum nəticələrini kənara qoyub danışıqlar təklif etməklə yanaşı kürdlər həm də İraqın şimalında yerləşən regionlarında bütün hərbi əməliyyatlara dərhal son qoyulmasına çağırıb. (Amerikanın Səsi)