XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 18:45

NİDA-çı fəal hərbi xidmətə göndərilib –Ülvi Həsənli möhlət hüququnun olduğunu bildirir

NİDA Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü Ülvi Həsənli müayinə üçün getdiyi xəstəxanadan hərbi polisə oradan da hərbi xidmətə aparılıb.

Bu barədə NİDA Vətəndaş Hərəkatı məlumat yayıb. Məlumatda deyilir ki, Ülvi Həsənli Hərbi komissarlıqda tibbi müayinədən ötən ilin sentyabrında və bu ilin əvvəlində keçib, ona revmatizm və böyrək problemlərinə görə 2019-cu ilədək möhlət verilib.

“Oktyabrın əvvəlində evlərinə yenidən bildiriş gəldiyi üçün Hərbi Komissarlığa gedib, orada yenidən müayinədən keçib, ultrasəs müayinəsində böyrəyində daş və iltihab olduğu təsdiqlənib. Ülvi Həsənliyə əlavə müayinələr təyin ediblər. Oktyabrın 25-də yenidən ultrasəs mayinəsindən keçəndə deyiblər böyrəyi sağlamdır. Bu gün oktyabrın 26-da Hərbi Komissarlığın göndərişi ilə müayinə üçün getdiyi Kardiologiya xəstəxanasına hərbi polis gəlib, onu hərbi komissarlığa aparıb. Komissarlıqda izahat yazdırdıqdan sonra hərbi polisə, ordan da cəbhə bölgəsinə hərbi hissəyə aparıblar”.

NİDA bildirir ki, hərbi çağırış müddəti bitməyib, ona hərbi xidmətə aparılması barədə xəbərdarlıq edilməyib, evdəkilərlə vidalaşmaq və işlərini yoluna qoymaq imkanı verilməyib. Öz növbəsində vəkil Elçin Sadıqov bildirib ki, Həsənlinin iradəsinin əleyhinə olaraq zorla hərbi xidmətə aparılması qanunsuzdur.