XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

27 Oktyabr 2017 - 12:06

YAP-çı deputat qəzəbləndi:"Kim deyir ki, mənim biznesim var?"

“Mənim hal-hazırda heç bir biznesim yoxdur və bunu iddia edənlər böyük yanlışlığa yol verirlər”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Əliağa Hüseynov söyləyib.

Xatırladaq ki, bəzi mətbuat orqanlarında 59 saylı Salyan seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Əliağa Hüseynovun  paytaxtda “Atlantis” şadlıq sarayı və “Adanalı Hasan Kolcuoğlu” restoranlarına, Salyanda isə fermaya sahibi olması ilə bağlı iddialar yayılıb. Editor.az-a danışan millət vəkili bu iddiaları əsassız adlandırdı: “Çox biabırçı  vəziyyət yaranıb. Heç bir dəqiqləşdirmə aparmadan, heç bir fakta və sübuta söykənmədən elə cəfəng iddialar yayırlar ki, adam bilmir nə desin?! Artıq neçənci dəfədir bu cür yalanlar tirajlayırlar. Kim deyir ki, mənim biznesim var? Mənim hazırda heç bir biznesim yoxdur”.