XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2017 - 15:25

ReAl-ın təsis qurultayı təxirə salındı

Respublikaçı Alternativ Partiyasının oktyabrın 29-na təyin olunan təsis qurultayı təxirə salınıb.

“Report”un xəbərinə görə, buna səbəb partiyanın təşəbbüs qrupunun Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) etdiyi müraciətin cavablandırılmaması olub.

Təşəbbüs qrupu üzvlərinin bu gün keçirdikləri mətbuat konfransında bildirilib ki, yerlə bağlı dövlət orqanlarına yenidən müraciət olunacaq. Qeyd olunub ki, qurultayın noyabrın 4,5,11,12,18,19,25 və ya 26-da keçirilməsi mümkündür. Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinə ünvanlanan müraciətdə toplantının keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı istəniləcək. Xatırladaq ki, bundan əvvəl REAL BŞİH-ə müraciətdə Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı, “Təbriz” və “Bakı” kinoteatrlarını istəmişdi.