XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

27 Oktyabr 2017 - 23:20

Türkiyə və Özbəkistan 21 ildən sonra hərbi əməkdaşlığa başlayıb –Birgə zirehli maşın istehsal edəcəklər

Türkiyənin “Nurol Makina” şirkəti ilə Özbəkistanın “Uz Auto” şirkəti arasında əməkdaşlıq memorandumu bağlanıb.

“AzeriDefence” xəbər verir ki, memorandum Özbəkistan prezidenti Şövkət Mirzəyevin Türkiyə səfəri çərçivəsində imzalanıb. Sazişə əsasən Özbəkistan ilk olaraq “Nurol Makina” şirkətindən 24 ədəd “Əjdər Yalçın” alacaq. Anlaşma çərçivəsində Özbəkistanın “Uz Auto” zavodunda 1000 ədəd “Əjdər Yalçın”ın birgə istehsalı nəzərdə tutulur. Gələcəkdə iki müəssisə arasında digər maşınların da birgə istehsalı müzakirə olunacaq.

Qeyd olunub ki, “Nurol Makina”nın “Əjdər Yalçın” zirehli maşını Özbəkistanda Rusiya və Çin şirkəti ilə mübarizə apararaq sınaqları uğurla keçib. Eyni zamanda qiymətlər bağlı hər iki ölkənin təkliflərindən səmərəli olub. Qeyd edək ki, Türkiyə ilə Özbəkistan 21 ildən sonra hərbi əməkdaşlıq əlaqələri qurmağa başlayır.