“Nursultan Nazarbayevin oktyabr səfəri 2017-ci ildə Azərbaycana ikinci səfəridir. Bu Qazaxıstanın Azərbaycanla siyasi-iqtisadi münasibətlərə böyük əhəmiyyət verdiyinin nəticəsidir”.
Qazaxıstanlı politoloq Sultanbek Sultanqaliyev bu haqqda “Eurasia Diary”yə deyib. O, həmçinin Xəzər nəqli sisteminin Qazaxıstan üçün mühüm rol oynadığını bildirib, beləki bu sistem yalnız Azərbaycanla əməkdaşlıq nəticəsində inkişaf edə biləcək və bunun nəticəsində neftin nəqlini ildə 56 milyon tona kimi çatdırmaq mümkün olacaq.
Prezidentlərin görüşü zamanı əsas mövzulardan biri qarşılıqlı ticarətin genişləndirilməsi idi. Qazaxıstanın Azərbaycandakı səfiri Bəbil İsayevin sözlərinə görə iki ölkə arasındakı ticarət 12-15 faiz artıb, həmçinin dəmiryolu ticarəti 1,5 milyon tona çatdırılıb və bu, 2016-ci ilin göstəricisi ilə nəticədə 146 faiz daha çoxdur. Politoloqun sözlərinə görə, Qazaxıstan-Azərbaycan hökümətlərarası komissiya 13 görüş keçirdib və iqtisadi münasibətləri daha da genişləndirmək üçün “Yol Xəritəsi” hazırlayıb.
S.Sultanqaliyevin sözlərinə görə, ölkə başçılarının diqqət yetirdiyi ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın, Avrasiya İqtisadi Birliyinin və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Qazaxıstan məsələ ilə bağlı rəy bildirməsi əhəmiyyətlidir. Astana, Ankara və Moskva arasında münasibətlərin xüsusi etimad səviyyəsi Dağlıq Qarabağda erməni-Azərbaycan münaqişəsinin həllinin sürətlənməsinə təsir edə bilər.