XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

29 Oktyabr 2017 - 18:49

Prezident Administrasiyası:“Azərbaycanın maraqları Türkiyə üçün böyük əhəmiyyət kəsb edir”

 

Azərbaycan Türkiyənin mühüm strateji tərəfdaşlarından biridir.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər. Administrasiyadan qeyd ediblər ki, Türkiyə və Azərbaycanı təkcə tarixi və mədəni əlaqələr deyil, iqtisadi və siyasi əlaqələr də birləşdirir və bu əlaqələr gündən-günə daha da möhkəmlənir. PA-dan vurğulayıblar ki, bu gün Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ), Trans-Anadolu qaz kəməri (TANAP) kimi mühüm layihələr həyata keçirirlər.

Bildirilib ki, Bakı və Ankara hərbi və müdafiə sahəsində də münasibətləri möhkəmləndirir: “Azərbaycanın maraqları həmişə Türkiyə üçün böyük əhəmiyyət kəsb edib və Azərbaycan hakimiyyəti və xalqı Türkiyəyə qardaşlıq münasibətini dəfələrlə nümayiş etdirib. Bundan əvvəl olduğu kimi, Türkiyə bütün sahələrdə Azərbaycanı dəstəkləməkdə davam edəcək”.

Qeyd edək ki, oktyabrın 30-də Bakıda BTQ dəmir yolunun rəsmi açılışı keçiriləcək. (Trend)