XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

30 Oktyabr 2017 - 17:40

Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı daha bir qərarını elan etməyə hazırlaşır –Vəkil

Avropa İnsan Hüquqları Məhkəməsi, noyabrın 16-sı REAL-ın həbsdə olan rəhbəri İlqar Məmmədovun ikinci ərizəsi üzrə qərarını elan edəcək.

Bu barədə Məmmədovun vəkili Fuad Ağayev bildirib.

Onun sözlərinə görə ikinci ərizə cinayət işinə baxan Şəki ağır cinayətlər, apellyasiya məhkəmələrində, Ali Məhkəmədə İlqar Məmmədovun hüquqlarının pozulması ilə bağlıdır. Vəkil qeyd edib ki, bu ərizədə İnsan Hüquqları və Əsas Azadlıqlar haqqında Konvensiyanın 6(ədalətli məhkəmə araşdırılması hüququ),13 (Səmərəli hüquqi müdafiə vasitələri hüququ), 14 (Ayrı-seçkiliyin qadağan olunması),17(Hüquqlardan sui-istifadənin qadağan olunması) və 18-ci(Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri ) maddələrinin pozulması barədə məsələlər qaldırılıb.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Sentyabrın 21-də isə Avropa Şurasının Nazirlər Komitəsi İ.Məmmədovla bağlı AİHM-in hökmünün icrasına dair qərar çıxarıb. Deputatlar katibliyə tapşırıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsini AHİM qarısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.