XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Noyabr 2017 - 13:07

Avropa Parlamentinin deputatı:"Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Bu fikri Azərtac-a məxsusi açıqlamasında Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin söyləyib.

Onun sözlərinə görə, münaqişələrin həlli beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin məşğul olduğunu xatırladan avropalı deputat qeyd edib ki, münaqişənin həll olunmaması Avropa qonşuluq siyasətinin tam həyata keçirilməsinə mane olur.

A.Mamıkin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir, münaqişə hərbi yox, siyasi yolla həllini tapmalıdır.