XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2017 - 20:35

Səfir:“Türkiyə-Azərbaycan münasibətləri dəmir bağlardan daha güclüdür"

“Türkiyə-Azərbaycan münasibətlərində önəmli günlər yaşayırıq”.
 
APA-nın məlumatına görə, bunu Türkiyənin müstəqilliyinin ildönümü ilə bağlı keçirilən tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
 
O xatırladıb ki, iki gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib və Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Bakı-Tbilisi-Qars dəmiryol xəttini açıb: "Bakı-Tbilisi-Qars dəmiryol xətti aramızda olan dəmir bağlardan biridir. Amma bizim aramızdakı münasibətlər dəmir bağlardan daha güclüdür".