XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

11 Aprel 2015 - 12:41

ASALA-nın təhdidi realdırmı?

Erməni terror təşkilatı ASALA (ingiliscə tərcümədə “Ermənistanın azadlığı üçün gizli erməni ordusu”) Türkiyəni təhdid etməsindən xəbərimiz var

. Təşkilatın adından yayılan bəyanatda bildirilir ki, aprelin 24-nə Türkiyədə çanaqqala zəfər bayramının qeyd olunması “həlak olan 1.5 milyon erməninin ruhuna təhqir hesab edirik. Biz bütün azad düşüncəli xalqları Ərdoğanın bu təxribatına qarşı çıxmağa çağırırıq. Əgər Ərdoğanın bayramı baş tutsa, ASALA Türkiyəyə qarşı hərbi əməliyyatları bərpa edəcək”…

ASALA sonuncu dəfə 1993-cü ildə terror təhdidi olub, amma ondan sonra sakitləşmişdi. ASALA-nın uzun illərin “yuxusudan” sonra Türkiyəni təhdid etməsi nə anlama gəlir? Təhlükə realdırmı?

Politoloq Arzu Nağıyev ANS PRESS-ə açıqlamasında, bu sualları cavablandırıb. Ekspert deyir ki, bu cür hədə bəyanatları əslində Ermənistan xüsusi xidmətlərinin sifarişidir: “ASALA son dəfə 1993-cü ildə “pantürkist neft borusu” (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəklərini bəyan etsə də, planları baş tutmadı. Yəni bir müddət idi ki, bəyanatları da yox idi. Lakin 24 aprel çanaqqala qələbəsi ilə bağlı keçiriləcək tədbirə qoşulacaq dövlətlərə qarşı terror təhdidi ediblər. Düşünürəm ki, sadəcə olaraq öz havadarları tərəfindən, Ermənistanın rəsmi dairələri, daha doğrusu xüsusi xidmət orqanları tərəfindən və demək olar ki, PKK-nın da adından belə bəyanatlar verirlər. 24 aprel ərəfəsində bunların belə bəyanatları daima olub. Həmin tədbirdə iştirak edəcək dövlətlərin hər birinin tək ASALA yox, onun kimi bir çox terror təşkilatlarına adekvat cavab vermək imkanı və gücü vardır. Necə deyərlər, “atılan əlcək” öz cavabını alacaq və qəbul edilir və düşünürəm ki, bu bəyanatdan o yana keçməyən növbəti bir təxribat addımıdır. Bizim Dağlıq Qarabağ qədər böyük problemimizin müqabilində belə bəyanatlar çox gülünc görünür”.