XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 11:02

BMT-də Ermənistanın Azərbaycana təcavüzü müzakirəyə çıxarılıb –Açıqlama

Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Üçüncü Komitənin iclasında qaldırılıb.

Baş Assambleya baxılması üçün Üçüncü Komitəyə sosial, humanitar məsələlər və insan hüquqları məsələlərinə aid gündəlikdə dayanan məsələləri təqdim edir.

Komitənin iclasında Qaçqınlar üzrə Ali Komissarın dünyada böhran səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan milyonlarla insanın ehtiyaclarını ödəmək üçün yeni model təklif etdiyi illik hesabatı təqdim olunub.

İclasda Azərbaycanı təmsil edən Həbib Mikayıllı Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, eləcə də Ermənistanda monoetnik dövlət yaradılması faktına diqqət yönəldib. Onun sözlərinə görə, yüksək çinli erməni rəsmilər müntəzəm olaraq nifrət və dözümsüzliyi təbliğ edən bəyanatlar verirlər:

"Ermənistanın Azərbaycana qarşı təcavüzü qanunsuzdur, müstəqil dövlətlərdən birtərəfli ayırma beynəlxalq hüquqla qadağan edilir. Qanunsuz işğalın siyasi səbəblərdən davam etməsi onun qanuni hala gəlməsi demək deyil".

Azərbaycan təmsilçisi Ermənistanı irqçi ideologiyadan imtina etməyə və öz qonşuları ilə sülh şəraitində yaşamağı öyrənməyə çağırıb: "Ermənistan Azərbaycana qarşı müharibəyə başlayıb, kütləvi şəkildə etnik təmizləmə aparıb, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının mədəni irsini məhv edib. Ermənistan hakimiyyəti nifrət və şiddətə təşviq etməklə tanınır"/Report.az.