XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 14:53

“İrəvanın Azərbaycanla gizli danışıqlara getməsi mümkündür” –Soso Sintsadze

"Ermənistanın Bakı-Tiflis-Qars dəmiryolu layihəsində iştirakı Qarabağ danışıqlar prosesinin ayrıca predmeti ola bilər".

Bunu “168 Jam” qəzetinə müsahibəsində Gürcüstan Diplomatik Akademiyasının rektoru Soso Sintsadze söyləyib.

“Siyasi xadimlər bunun haqqında düşünməlidir və bu variantı Azərbaycana təklif etməlidirlər. Azərbaycanın mövqeyindən asılı olaraq bununla bağlı ikitərəfli və çoxtərəfli danışıqlar ola bilər. İrəvanın BTQ-yə qoşulması üçün Azərbaycanla gizli danışıqlara getməsi mümkündür”, – deyə o, bildirib.

Qeyd edək ki, BTQ-nin açılışı növbəti dəfə böyük transmilli layihədən kənarda qalması səbəbindən İrəvanda ciddi narahatlığa səbəb olub/Axar.az.