XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 21:18

Ermənistanın baş naziri Məmmədyarova cavab verdi:"İş adamlarımız Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edəcək"

Erməni sahibkarlarının Bakı-Tiflis-Qars dəmir yolunun xidmətlərindən istifadə imkanları olacaq.

Bunu Ermənistanın Baş naziri Karen Karapetyan söyləyib.

“Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etməyimiz təklifdən asılıdır. Erməni iş adamlarına sərf etsə, onlar Bakı-Tiflis-Qars dəmir yolunun xidmətlərindən istifadə edəcəklər", – deyə nazir bildirib/Axar.az.

Qeyd edək ki, bundan öncə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edə biləcəyini söyləyib.