XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Noyabr 2017 - 18:33

BQP-də rayon təşkilatlarının fəailyyəti yoxlanılacaq –Fazil Mustafa partiya rəhbərliyinə yeni tapşırıqlar verdi

Bu gün partiya başqanı Fazil Mustafanın sədrliyi ilə Bakı və ətraf rayonların rəhbərlərinin iştirakı ilə keçirilən Siyasi Qurulun iclasənda partiyadaxili, eləcə də ölkə və dünya gündəmində olan bir sıra məsələlər müzakirə edilib.

Partiyadan Strateq.az-a daxil olan məlumata görə, iclasda yerli rayon və şəhər təşkilatlarının vaxtı çatmış hesabat-seçki yığıncaqlarının keçirilməsi ilə bağlı məsələ müzakirə olunub və yerli təşkilatların tövsiyələri nəzərə alınmaqla konfransların keçirilməsinin qrafiki müəyyən olunub. Səsvermə ilə həmin iclaslarda iştirak edəcək mərkəzi aparat təmsilçiləri müəyyən edilib. 

İclas partiyanın Ali Məclisinin növbəti iclasının dekabr ayının ikinci ongünlüyündə çağırılması haqqında qərar qəbul edib və müzakirəyə çıxarılacaq məsələlərin gündəlik və qərar layihələrinin hazırlanması İşçi Qrupuna həvalə edilib.

Partiya başqanı, Millət vəkili Fazil Mustafa iclasda "İctimai-siyasi vəziyyət və yerli təşkilatların qarşısında duran vəzifələr” mövzusunda çıxış edərək tövsiyə və tapşırıqlarını verib. 

Partiya başqanı öz çıxışında işlərini məqbul səviyyədə quran, yuxarı orqanların tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirən, partiyanın təşkil etdiyi tədbirlərdə mütəşəkkil şəkildə iştirak edən əksər rayon təşkilatları ilə yanaşı, bəzi yerli qurumlar tərəfindən nizamnamə tələblərinə tam əməl edilməməsi, müvafiq əsasnamələrə uyğun şəkildə toplantıların vaxtlı-vaxtında keçirilməməsi faktlarına rast gəlindiyini də qeyd edib. O, partiyanın Ali Nəzarət Quruluna tapşırıq verib ki, yerli təşkilatlarda fəaliyyətlərin partiyanın müvafiq rəhbər sənədlərinə uyğunluğunun yoxlanmasını təşkil etsin və növbəti iclasda yerli strukturların nizamnamə tələblərinə əməl edilməsi vəziyyətinin müzakirəsi üçün müvafiq hesabatı hazırlasın.

Siyasi Qurul obyektiv səbəblər üzündən boşalan bəzi dairə seçki komissiyalarının həlledici səs hüquqlu üzvlüyünə Böyük Quruluş Partiyası tərəfindən namizədlərin irəli sürülməsi məsələsini müzakirə edib və bununla bağlı müvafiq qərarlar qəbul edib.

Iclasda, həmçinin Türkiyə Prezidenti R.T. Ərdoğanın rəsmi beynəlxalq tədbirlərdə tez-tez səsləndirdiyi "Dünya beşdən böyükdür” fikrinə dəstək ifadə edilib. Qeyd edilib ki, müasir beynəlxalq şərait Birləşmiş Millətlər Təşkilatının yarandığı zamandan köklü şəkildə fəqrqləndiyi üçün II dünya müharibəsindən sonrakı reallıqların şərtləri ilə qurulan Təhlükəsizlik Şurası yaşadığımız zamanın tələblərinə cavab vermir. 

Xüsusulə, TŞ-nın veto hüququna malik olan 5 daimi üzvlərinin arasında milyard yarımlıq əhaliyə malik islam dünyasının təmsilçisinin olmaması ədalətsiz və qərəzli yanaşmanın təzahürüdür. Bu baxımdan TŞ üzvlərinin sayının 20-yə çatdırılması və rotasiya qaydasında üzvlərin vaxtaşırı olaraq dəyişdirilməsi təklifinin dəstəklənməsi daha ədalətli və obyektiv mexanizmin yaradılmasına yardımçı olardı.

İclas cari məsələlərin müzakirəsi ilə öz işini davam etdirib.