XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2017 - 22:30

“Moskvanın Qarabağla bağlı Azərbaycanın marağına uyğun addım atacağına inanmıram” –POLİTOLOQ

“Hazırkı vəziyyətdə Moskvanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın marağına uyğun addımlar atacağına inanmıram”.

Bu sözləri “yeniçağ.az”-a açıqlamasında Politoloq Elşən Mustafayev deyib. Onun sözlərinə görə, indiyə kimi Türkiyə ilə Rusiya arasında Dağlıq Qarabağ məsələsilə bağlı dövlət rəhbərləri arasında çoxsaylı müzakirələr aparılıb. Ərdoğandan öncəki hökumət başçılarının vaxtında da bu məsələlər diqqət mərkəzində olub: “Ərdoğan özü də bu məsələ ilə bağlı bir neçə dəfə müzakirələr açıb. Amma nəticə olmayıb. Çünki Dağlıq Qarabağ məsələsinin həllini Rusiya üçün vacib edən amillər hələlik, ortalıqda yoxdur. İndilikdə problemin həll olunması Rusiyanın marağında deyil. İstər Azərbaycan, istər Gürcüstan, istərsə də Moldova və Ukraynada olan konfliktlərin yaranmasında Rusiya amili əsas rol oynayıb. Belə konfliktlərin mövcudluğu Moskvanın maraqlarına cavab verir.

Politoloqun fikrincə, hazırda Rusiya ilə Türkiyə arasında münasibətlərin strateji xətti əvvəlki dövrlə müqayisədə başqadır. Bu gün artıq iki ölkə arasında tamam fərqli əməkdaşlıq, münasibətlər var: “Çünki Rusiya hazırda Qərbin ciddi sanksiyaları altındadır və onun yaxın gələcəkdə aradan qaldırılacağı gözlənilmir. Əksinə, bu sanksiyalar daha da güclənə bilər. Ona görə ki, sanksiyaların yaranmasına səbəb olan amillər aradan qalxmayıb. Türkiyənin də Qərblə münasibətlərində, ikincinin səhvi üzündən soyuqluq yaranıb. Bu səbəbdən Moskva ilə Ankaranın yaxınlaşması fonunda Qarabağ prosesində müəyyən məsələlərdə irəliləyişin olması istisna deyil. Amma nəticə etibarı ilə problemin tam həllinə inanmıram”.