XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Noyabr 2017 - 23:35

Rusiyalı ekspert:“ƏgərAzərbaycan Dağlıq Qarabağa bir neçə milyard dollar sərmayə qoysaydı...”

"Vətəndaş cəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə çox az təsir edə bilər. İlk növbədə hər iki ölkənin siyasi hakimiyyəti razılığa gəlməlidir. Əgər özləri razılaşa bilmirlərsə, üçüncü tərəf bu işə cəlb olunmalıdır".

Bu barədə Eurasia Diary-ə politoloq, "Rusiyanın Cənubunun Analitikası" İnformasiya Agentliyinin rəhbəri Yevgeniy Mixaylov bildirib. Onun sözlərinə görə, əgər münaqişə dondurulubsa və 30 ildir həll olunmursa deməli bu kiməsə lazımdır: "Əminəm ki, əgər Dağlıq Qarabağa Azərbaycan bir neçə milyard dollar sərmayə qoysaydı heç kim bundan imtina etməyəcəkdi. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi kimi muxtar vilayət kimi mövcud ola bilərdi. Bu müharibə xalqa lazım deyil, ancaq kimlərəsə bu sərf edir".

Ekspert bildirib ki, Serj Sarkisyan hakimiyyətdən getdikdə, böyük ehtimalla Dağlıq Qarabağ münaqişəsinin həlli daha sürətlə gedəcək: Mən bunu ona görə deyirəm ki, o Qarabağ klanının nümayəndəsidir. Bəli, Rusiya onu bəlli siyasi səbəblərə görə dəstəkləyir, ancaq bu onun xalqına lazım deyil. Xalq onu dəstəkləmir. Ermənilərin əksəriyyəti onun yürütdüyü siyasətdən narazıdır, onlara artıq müharibə lazım deyil. Güllə və bir tikə çörək arasında seçim etmək lazım gələrsə təbii ehtiyaclar həmişə üstün tutulacaq ", – deyə Yevgeni Mixaylov bildirib.