XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2017 - 18:44

YAP-ın icra katibi Rafael Allahverdiyevi və Sirus Təbrizlini xatırlatdı:“Əvəzedilməz xidmətləri olan şəxslər unudulmamalıdır”

YAP mitinq.jpg

“Yeni Azərbaycan Partiyasının yaranması və möhkəmlənməsi yolunda ayrıca fədakarlıq göstərən insanlar unudulmamalıdır və unudulmur”.

Strateq.az bildirir ki, bu sözləri baş nazirin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov rəsmi “Azərbycan” qəzetində partiyanın yaradılmasının 25 illiyi ilə bağlı yazdığı məqaləsində qeyd edib.

Yazıda qeyd olunur ki,  Azərbaycanın müxtəlif bölgələrində yüzlərlə insan Yeni Azərbaycan Partiyasının yaranması yolunda böyük fədakarlıq nümunələri göstəriblər: “Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri ilə yanaşı ölkəmizin misilsiz uğurlarından qürur duyan hər bir vətəndaşı Heydər Əliyevin rəhbərliyi altında möhtəşəm siyasi təşkilatın yaranmasında əvəzedilməz xidmətləri olan mərhum Ziya Bünyadovu, Xəlil Rza Ulutürkü, Fərəməz Maqsudovu, Murtuz Ələsgərovu, Rəfael Allahverdiyevi, Sirus Təbrizlini, Səfiyar Musayevi, Zahid Qaralovu və başqalarını minnətdarlıqla xatırlayır, Yeni Azərbaycan Partiyasının yaranması üçün Heydər Əliyevə müraciət etmiş məşhur “91”lərin hər bir nümayəndəsinin siyasi fədakarlığını unutmur”.

Ə. Əhmədov Yeni Azərbaycan Partiyasının yaranmasını “müasir tariximizin vaxtilə ən diqqətlə izlənilən və həyəcanla gözlənilən hadisəsi” adlandırıb: “Yeni Azərbaycan Partiyasının unikallığı ondan ibarətdir ki, partiya yaratmaq ideyası Heydər Əliyevə məxsus deyildi. Xalq onun ətrafında birləşir, yeni bir hərəkat təbii xalq istəyi əsasında formalaşırdı. Həmin hərəkata demokratik cəmiyyət və ənənələr baxımından legitim forma verilməsinə ehtiyac var idi və bu forma da məhz Yeni Azərbaycan Partiyası oldu.

Ə.Əhmədov 14 il əvvəl- 2003-cü ildə İlham Əliyevin YAP-ın namizədi olaraq göstərilməsinin səbəblərini xatırladıb. O, qeyd edib ki, ideya varisliyini özünün əsas prinsiplərindən biri sayan partiyanın siyasi varisliyə üstünlük verməsi tamamilə məntiqə uyğun olub: “Lakin seçimin yalnız varislik prinsipinə sədaqət nümayiş etdirmək naminə edildiyini düşünmək düzgün olmazdı. O, eyni zamanda prezidentliyə ən layiqli namizəd hesab edilirdi və bu iki vacib keyfiyyəti özündə birləşdirməklə Yeni Azərbaycan Partiyası tərəfindən növbəti prezidentliyə namizəd irəli sürülmək haqqına tam sahib idi”.

Ə.Əhmədov 2003-cü ildə mərhum Heydər Əliyevin xalqa müraciətini yada salıb: “2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edən Heydər Əliyev böyük uzaqgörənliklə qeyd edirdi ki, onun yerinə yetirə bilmədiyi işləri İlham Əliyev Yeni Azərbaycan Partiyası ilə birlikdə axıra çatdıracaq”.