XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

05 Noyabr 2017 - 19:26

Türkiyənin Baş naziri ABŞ-a gedir –Vitse- prezident Maykl Penslə görüşəcək

Türkiyənin Baş naziri Binəli Yıldırım noyabrın 7-də ABŞ-a səfər edəcək.

Anadolu agentliyi xəbər verir ki, noyabrın 10-dək davam edəcək səfər çərçivəsində Binəli Yıldırım ABŞ-ın vitse-prezidenti Maykl Pens ilə görüşəcək. Görüşdə terrorizmə qarşı mübarizə, qarşılıqlı siyasi, iqtisadi, hərbi əlaqələr, miqrant böhranı, iki ölkə arasındakı viza probleminin həll edilməsi məsələləri müzakirə olunacaq.

Türkiyənin Baş naziri, həmçinin Vaşinqtonda və Nyu-Yorkda türkdilli xalqların, eləcə də müsəlman və yəhudi icmalarının təmsilçiləri, media qurumları, sərmayəçilər və iş adamları ilə də bir sıra görüşlər keçirəcək.