XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

06 Noyabr 2017 - 23:25

Azərbaycanın İrandakı səfiri:“İran vətəndaşları bizə müraciət etmədən elektron viza ala bilərlər”

“Son dörd ildə Azərbaycan-İran münasibətləri sürətlə inkişaf edir. Bu müddət ərzində prezidentlər 10 dəfə görüşüblər. Görüşlərin 6-sı ölkələrimizin paytaxtlarında keçirilib ki, bu da mühüm göstəricidir.

Bu fikri Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İRNA xəbər agentliyinə müsahibəsində deyib.

Səfir bildirib ki, noyabrın 1-də Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşündə nəqliyyat, daşımalar, enerji sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunan əsas mövzulardan idi. Bu formatda görüşün təşəbbüskarı Prezident İlham Əliyevdir. Prezidentlərin üçtərəfli görüşü ilk dəfə 2016-cı ilin avqustunda Bakıda keçirilib. Tehranda, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə ikitərəfli görüşü oldu.

Diplomat nəzərə çatdırıb ki, Azərbaycanın dəmir yolu İran sərhədinə qədər çəkilib. Astaraçay üzərindəki dəmir yolu körpüsü və İran ərazisində terminala qədər olan dəmir yolu inşa edilərək başa çatdırılıb. Hazırda Astarada yük terminalının tikintisi sürətlə davam edir. İqtisadi əlaqələrin inkişafı dövlətlərimizin və xalqlarımızın xeyrinədir.

Qarşılıqlı şəkildə keçirilən mədəniyyət günləri və sərgilər iki ölkə xalqlarının bir-birini daha yaxından tanımasına və yaxınlaşmasına xidmət edir. Belə tədbirlər, həmçinin tərəflərin potensial və imkanlarının üzə çıxmasına xidmət edir.

Viza rəsmiləşdirilməsinə toxunan Bünyad Hüseynov qeyd edib ki, İran dövləti 2010-cu ildə birtərəfli qaydada Azərbaycan vətəndaşlarına münasibətdə viza rejimini ləğv edib. Azərbaycan Prezidentinin ötən il imzaladığı sərəncamlara əsasən viza rüsumu azaldılıb və “ASAN viza” sistemi yaradılıb. Hazırda İran vətəndaşları Azərbaycanın İrandakı diplomatik nümayəndəliklərinə müraciət etmədən elektron viza ala bilərlər.