XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Noyabr 2017 - 14:31

Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı:"Adını da kondisologiya – mütləq haqqında elm qoymuşam"

“Kondisologiya – mütləq haqqında elmlə bağlı nəzəriyyələr işləyib hazırlamışam. Elmdə və fəlsəfədə belə bir fikir var ki, mütləq həqiqət dərk edilməlidir. Mütləq həqiqət nədir, onun dərk edilməsi hansı şəkildə mümkündür? – bu suallara aydınlıq gətirmək üçün yeni bir elm yaratmışam. Adını da kondisologiya – mütləq haqqında elm qoymuşam. Bu elm ancaq mütləq həqiqəti öyrənir”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Calaloğlu deyib. Onun sözlərinə görə, bu elmlə sübut edəcək ki, mütləq həqiqət də dərk olunandır:

“Bəzi filosofların dediklərinin əksinə olaraq bunu isbat etmişəm. Hesab edirəm ki, bu iş elmi ictimaiyyətin müzakirəsinə çıxandan sonra yeni elmlərin siyahısına daxil olacaq. Bu gün dünyada bir çox yeni elmlər meydana çıxıb ki, Azərbaycanda çox adam həmin elmlərin adını bilmir. Yeni elmlər bir qədər metafizik və teoloji xüsusiyyətlərə malik olduğu üçün, eləcə də klassik elmlərin tələblərinə tam cavab vermədiyi üçün bir o qədər də populyar deyillər. Buna baxmayaraq, gələcəyin əsas elmləridir”.

Sərdar Calaloğlu deyib ki, bundan sonra fizika və biologiya kimi elmlərin hamısı sıradan çıxacaq. Onların yerinə deantalogiya, kondisalogiya kimi yeni elmlər gələcək:

“Bununla da biz ali elmlər erasına qədəm qoyacağıq. Beləliklə, bu elmlər bizə ən yüksək elmləri əldə etməyə imkan verəcək. Kondisologiya elminə nə qədər maraq olacaq, dünya ictimaiyyəti bunu nə dərəcədə qəbul edəcək – bütün bunlara nəzəriyyənin çapından sonra aydınlıq gələcək. Kitabın çapı üçün müəyyən maddi problemlər var. Çap olunmadan elmi işləri müzakirəyə çıxarmaq çox çətindir. Mən bu elmin əsaslarını hazırlamışam. Məndən sonra da kimlərsə bu elmi işləyib inkişaf etdirəcəklər”.

Qeyd edək ki, bu günə qədər Sərdar Calaloğlunun adına patentləşdirilən nəzəriyyələrin sayı altıdır.