XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2015 - 19:08

YouTube pullu abunə sisteminə keçir

YouTube videosaytı pullu abunə sisteminə keçir.

Bu barədə istifadəçilərə email-lə yeni müqavilə göndərməklə xəbərdarlıq edilir.

YouTube-da videoları izləyərkən müəyyən reklamlar çıxır. Bu reklamları keçmək üçün 5 saniyə gözləmək lazım olur.

YouTube bu reklamlardan qurtulmaq istəyən üzvlər üçün pullu abunə sistemini işə salmağı planlaşdırır. Bununla ilbəil artan reklam gəlirləri ilə yanaşı yeni gəlir mənbəyi əldə ediləcək.

Aylıq və illik abunə haqları ödəyən “Premium” üzvlər reklamlardan azad olacaq və musiqi yönlü “Music Key” xidmətindən də yararlana biləcəklər.

Bunun üçün sistem işə salınan zaman “Creator Studio Dashboard”dan qaydaları yeniləmək lazımdır.

Bir çox ekspertlər hesab edirlər ki, YouTube bəzi videoları sadəcə abunə haqqı ödəyənlərə təqdim edəcək.

Yeni sistemin ilin sonunadək işə düşəcəyi gözlənilir.