XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2017 - 15:28

Rusiya XİN:"Həmsədrlər ilin sonunadək Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməyi planlaşdırır"

"ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar".
 
Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. 
 
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı oktyabrın 16-da Cenevrədə keçirilən sammitin yekunlarını nəzərə alaraq, həmsədrlər bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar. Bu görüşədək isə həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirəcəklər. Hazırda rusiyalı həmsədr amerikalı və fransalı həmkarları ilə birlikdə bu məsləhətləşmələrin yeri və tarixi məsələsi üzərində işləyir”. 
 
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvada həmsədrlərlə görüşəcəyini bildirib.