XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2017 - 15:55

Səfir:"İran-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün böyük imkanlar yaranıb"

İran ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsi üçün böyük imkanlar yaranıb.

Azərtac xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İRNA agentliyinə müsahibəsində deyib.

Səfir diqqətə çatdırıb ki, Azərbaycan və İran prezidentləri arasında olan dostluq əlaqələri xalqların mənafeyinə xidmət edir. İqtisadi sahədəki qarşılıqlı faydalı əməkdaşlıq yaxın perspektivdə səmərəli nəticələrini göstərəcək.

Onun sözlərinə görə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilişi, iki ölkənin birgə layihəsi olan avtomobil və farmakologiya zavodlarının inşası, qarşılıqlı turist səfərlərinin artması və başqa amillər milli iqtisadiyyatların inkişafına təkan verəcək.

Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin artdığını bildirən diplomat bunun sərhəd rayonlarında sosial-iqtisadi vəziyyətə müsbət təsir göstərdiyini qeyd edib.