XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2017 - 17:01

Fazil Mustafa prezidentliyə namizəd olacaq:“Ehtimal böyükdür”

"Böyük Quruluş Partiyası (BQP) hər zaman seçki prosesinə hazırdır və istənilən seçkilərdə iştirak etmək niyyətindəyik”.

Bunu "Sherg.az”a 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı danışarkən BQP-nın başqanı, millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, prezident seçkilərində mütləq partiyanın tanıtımı, uğur qazanması baxımından iştirak etmək lazımdır: "Ona görə, seçkilərdə iştirak etməyimizlə bağlı ehtimal böyükdür. Lakin hələ qərar vermək tezdir, çünki yanvar ayının ilk günlərindən sonra məsələyə qayıdacağıq. İlin əvvəlindən artıq yerlərdə müzakirələr aparılacaq, bundan sonra addımlarımız müəyyən olunacaq. Prezident seçkilərinə namizəd adətən partiyanın sədri olur. Yaxud kənar namizədlərdən kiminsə dəstəklənməsi nəzərdə tutulur. Ona görə, bu məsələdə hələ müəyyənlik yoxdur.

Regionlarda ancaq partiya xətti ilə ictimai rəy sorğusu, insanların partiyaya, partiya liderinə münasibəti aydınlaşdırılır. Aparılmış sorğular əsasında hansı rayonda gücümüzün nə dərəcədə olduğunu təhlil edirik. Bu istiqamətdə daim işlərimiz gedir”.

Qeyd edək ki, 2018-ci il oktyabrın 17-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu, Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan 8-ci rəsmi ümummilli seçki olacaq.