“Siyasi məsələlər və təhlükəsizlik Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji əməkdaşlıq üzrə yeni sazişə dair növbəti danışıqlar mərhələsində əsas müzakirə mövzusudur”.
Bu barədə Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Nazir müavini deyib: "Avropa İttifaqı ilə danışıqlar üç blok üzrə aparılır – siyasi məsələlər və təhlükəsizlik, ticarət və investisiyalar, eləcə də sektorial blok. Bu gün üçün ayrı-ayrı razılaşdırılmış elementlər var, lakin bu bloklardan hər hansı biri üzrə isə tam razılaşma hələ yoxdur. Lakin ümumiyyətlə, mövqeləridə yaxınlaşma var".
Onun sözlərinə gröə, bu gün 2-3 iclas artıq keçirilib, eləcə də video-konfrasnlar, yazışmalar apaılıb. Nazir müavini danışıqlar prosesinin tam başa çatacağı dəqiq tarixi qeyd etməyib.