XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2017 - 16:59

Edvard Nalbandyan sabah ATƏT-in Minsk qrupu ilə görüşəcək

Ermənistanın xarici işlər nazir Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, görüş noyabrın 14-də Moskvada keçiriləcək. 

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bir neçə gün əvvəl jurnalisltələr açılamasında noyabrın 16-da Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini bildirmişdi. O, Rusiyanın Azərbaycan və Ermənisran XİN başçılarına “üçtərəfli” (Azərbaycan, Ermənistan, ATƏT-in həmsədrləri) görüş təklif etdiyini də demişdi. Ancaq bu görüşün keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.