XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

17 Noyabr 2017 - 10:18

“Qarabağla bağlı Moskva ilə əməkdaşlıq edirik, amma Abxaziya məsələsində yox” –Metyu Brayza

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və terrorizmlə mübarizə ABŞ və Rusiya arasında mütləq əməkdaşlıq nümunəsi olub”.

Bunu “RİA Novosti”yə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

O qeyd edib: "Bizim Gürcüstandakı münaqişə (Cənubi Osetiya və Abxaziya münaqişəsi – red.) ilə bağlı tamamilə əks baxışlarımız var, lakin eyni zamanda Dağlıq Qarabağ və terrorizmlə mübarizə üzrə mütləq əməkdaşlıq edirik".