XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2017 - 14:39

Elxan Şahinoğlu:“Putinin münaqişənin həllinə ümidi yoxdursa, Lavrov nəyə gəlir?"

 “Putin münaqişənin həlliylə bağlı ümidli deyilsə, hazırki intensivlik nə ilə bağlıdır, naziri Sergey Lavrovu nədən Bakıya və İrəvana göndərir? Fikrimcə, bu səfərlər, danışıqların intensivliyi görüntüsü münaqişənin həllinin sürətləndirilməsiylə bağlı deyil”.

Strateq.az bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ərdoğanın Qarabağ danışıqları ilə bağlı son açıqlamasını şərh edərkən yazıb.  Onun sözlərinə görə, Kremlin yeganə istəyi bölgədə müharibənin olmaması, aprel savaşının təkrarlanmamasının təminatını almaq və status-kvonun qorunmasıdır: “Bu da işğalçı dövlətin maraqlarına cavab verir”.

Rusiya prezidenti Vladimir Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Rusiya prezidenti ilə son görüşünü şərh edərkən deyib. Politoloqun fikrincə, Ərdoğanın “Putin Qarabağ münaqişəsinin həlliylə bağlı çox da ümidli deyil” cümləsindən iki vacib nəticə çıxır: “Birincisi, Kremlin İrəvana təsir edib qeyd-şərtsiz işğal altındakı 5 rayonun azad olunmasında marağı yoxdur, bunun yerinə yetirilməsinin bizim üçün ağır şərtləri var ki, onları yerinə yetirə bilmərik. İkincisi, Kremlin danışıqlarda hazırki fəallığı münaqişənin həllinə yönəlməyib”.

Strateq.az