XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Noyabr 2017 - 18:44

Qızıl Xaç Komitəsi Qarabağ müharibəsində itkin düşənlərin sayını açıqladı –80 faizi hərbçidir

“Beynəlxalq Qırmızı Xaç Komitəsinın mühüm fəaliyyət istiqaməti itkin düşənlərin axtarışıdır. BQXK Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin siyahısını 4 dəfə – 1995, 1997, 2004 və 2015-ci illərdə yeniləyib. Son məlumatlara görə, itkin düşmüş şəxslərin ümumi sayı 4500 nəfərdir, o cümlədən 3.700 nəfər Azərbaycan tərəfdəndir. Ümumilikdə, itkin düşmüş şəxslərin 80% -i hərbçidir”.

Bu barədə noyabrın 17-də BQXK-nın Bakı nümayəndəliyində keçirilən brifinqdə məlumat verilib. Məlumatda deyilir ki, BQXK ailə başçılarının terrorçuluq fəaliyyətində iştirakı ilə bağlı İraqda olan azərbaycanlı qadınların və uşaqların taleyini diqqət mərkəzində saxlayr.

BQXK nümayəndələri İraqda 20 ölkədən, o cümlədən Azərbaycandan olan 1300 nəfərə baş çəkiblər. BQXK əldə etdiyi bütün məlumatları Azərbaycan hökuməti ilə paylaşıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) neytral və qərəzsiz humanitar təşkilat olaraq silahlı münaqişələrdə zərər çəkənlərə öz mandatı çərçivəsində yardım göstərir və Azərbaycanda bir sıra layihələri həyata keçirir. Təşkilatın fəaliyyət istiqamətlərindən biri pəncərələrin dəyişdirilməsilə evlərin qorunması, qoruyucu divarların tikilməsilə sığınacaqların yaradılmasına yardım göstərməklə cəbhəyanı icmaların təhlükəsizliyini təmin etməkdir.

2011-ci ildən Tərtər, Tovuz, Qazax, Goranboy və Ağdam rayonlarında 90 ailəyə yardım göstərilib.

Bu ilin birinci yarısında 600 nəfərə sığınacaq verilib. Məktəblərdə də sığınacaqlar yaradılıb. BQXK-nın köməyilə təxminən 3000 nəfər məhsul yığımı, əkin ilə məşğul olub. BQXK proqramı vasitəsilə 1080 nəfər su təchizatını yaxşılaşdırıb, 120 ailə iqtisadi yardım alıb.

BQXK-nın əsas istiqamətlərindən biri Qarabağ münaqişəsi kontekstində tutulanlara baş çəkməkdir. BQXK mütəmadi olaraq onlara baş çəkir, onlarla qohumları arasında məktub mübadiləsini həyata keçirir. Təşkilatın qaydalarına görə, ziyarət edilənlərin adları açıqlanmır. BQXK həbs edilənlərin buraxılması ilə məşğul olmur, ancaq azadlığa buraxılma zamanı və ya saxlanılanların qaytarılmasına yardım göstərir.

BQXK məhbusların ləyaqətinə hörmətlə yanaşılmasına və onların qohumları ilə yazışmaq imkanlarının təminatına xüsusi diqqət yetirir. Komitə bəyan edib ki, əsirlər televiziya və İnternetdə nümayiş etdirilir, onları ifadə verməyə məcbur edirlər. BQXK məhbuslar haqqında şəxsi xarakterli məlumatları açıqlamamağa, onların foto və videolarının nümayişindən çəkinməyə çağırır.

BQXK öz mandatı çərçivəsində məhbusların saxlanma yerləri ilə tanış olur. Birinci yarımildə məhbusların saxlanma şəraitinin, onlarla rəftarı yoxlamaq üçün 19 saxlama mərkəsinə 38 səfər edib.