XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2017 - 15:35

Avropa azərbaycanlılarınınQarabağ forumu keçiriləcək

Milli Məclisin deputatları Rövşən Rzayev və Azər Kərimli “Avropa Azərbaycanlılarının Qarabağ Forumu”nda iştirak etmək üçün sabah Belçikanın paytaxtı Brüsselə yola düşəcəklər.

Parlamentin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplantıda Türkiyə, Moldova, Gürcüstan, İraq, bir sıra Avropa ölkələrinin parlamentariləri iştirak edəcəklər.

Forumda Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, həlli istiqamətində Ermənistanın törətdiyi maneələr barədə məlumat veriləcək, Xocalı soyqırımının tanıdılmasında Avropadakı Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət planı ilə bağlı müzakirələr aparılacaq.

Səfər noyabrın 21-də başa çatacaq.