XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 09:58

AXCP sədr müavininin məhkəməsi Qazaxda keçiriləcək –Gözəl Bayramlı Gəncə İstintaq Təcridxanasına köçürülür

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının cinayət işinə Qazax rayon Məhkəməsində baxılacaq. Məhkəmənin vaxtı gələn həftə təyin ediləcək.

Bu barədə vəkil Zibeydə Sadıqova “Amerikanın Səsi”nə bildirib.

Onun sözlərinə görə, Gözəl Bayramlı Gəncə İstintaq Təcridxanasına köçürüləcək. Gözəl Bayramlı bu il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib. G.Bayramlı həbsinin siyasi xarakter daşıdığını bildirib.

Noyabrın 1-də Gözəl Bayramlının cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı elan olunub.