XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2017 - 11:43

Azərbaycan və Ukrayna prezidentləri görüşəcək- Brüsseldə

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.
 
APA-nın “İnterfaks Azərbaycan”a istinadən verdiyi xəbərə görə, prezidentlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Azərbaycan prezidentinin Ukraynaya gözlənilən səfərinə hazırlıq da diqqət mərkəzində olacaq.
 
Qeyd edək ki, “Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.