XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2017 - 17:53

Avropa Şurasının komissarı iqtidara müraciət etdi –Vəkil Yalçın İmanovla bağlı

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks Azərbaycan Vəkillər Kollegiyasının məşhur vəkil Yalçın İmanovun səlahiyyətlərinin dayandırılması haqqında qərarı ilə bağlı narahatlığını bildirib.

Komissarın bəyanatında İmanovun insan hüquqlarının müdafiəsində fəal iştirak etdiyi qeyd edilir. Muyjnieks qeyd edir ki, Kollegiyanın qərarı vətəndaşların hüquqlarının müdafiəsi fəaliyyətinə mənfi təsir göstərən digər addımlardan sonra verilib. Belə ki, iki həftə əvvəl Azərbaycan prezidenti məhkəmələrdə nümayəndəliyi məhdudlaşdıran qanunu imzalayıb.

Muyjnieks qeyd edir ki, bu dəyişikliklər məhkəmələrdə vətəndaşların hüquqlarının müdafiəsinə mənfi təsir göstərəcək.

Komissar xatırladır ki, hələ ötən il öz hesabatında Azərbaycanda insan hüquqları sahəsində ixtisaslaşan və tanınmış hüquq müdafiəçilərini müdafiə edən hüquqşünaslara qarşı təzyiqlərin olduğunu vurğulamışdı. O, Azərbaycan hakimiyyətini bu tendensiyanı bərpa etməyə və hüquqşünaslar üçün təqib qorxusu olmayan əlverişli mühit yaratmağa çağırıb. (Amerikanın Səsi)