“Rusiyanın xarici siyasəti rus imperiyasının dirçəldilməsinə yönəlmiş cəhddir”
Respublikaçı senator Makkeyn MSNBC telekanalına verdiyi müsahibədə Nemtsovun qətlindən sonra dövlət katibi Con Kerrinin Cenevrədə rus həmkarı Sergey Lavrovla görüşünü başa düşə bilmədiyini deyib.
Strateq.az-ın Дни. PУ-ya isnadən verdiyi məlumata görə, o həmçinin Ukrayna məsələsindəki fikir ayrılığına görə bu görüşü məqsədəuyğun saymadığını bildirib.
Makkeyn Obamanın xarici siyasəti barədə deyib: “Bu, axınla üzməkdən də pisdir. Mən deyərdim ki, sadəcə, sayıqlamadır”.
Senator Rusiyanın xarici siyasətini “Rusiya imperiyasının dirçəldilməsinə yönəlmiş cəhd” kimi dəyərləndirib.