XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 11:02

“Silahlı Qüvvələr haqqında” qanun layihəsi- Yeni variantı parlamentdə müzakirəyə çıxarılır

Yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
 

APA-nın məlumatına görə, yeni qanun layihəsində maddələrin sayı mövcud qanuna nisbətən artıb. 5 fəsil və 16 maddədən ibarət olan yeni qanun layihəsində Silahlı Qüvvələrin yeni formada təsnifatı verilir, əsas vəzifələri sadalanır.
 
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Zahid Oruc APA-ya bildirib ki, yeni qanun layihəsi Azərbaycanda Silahlı Qüvvələrin reyestrini müəyyənləşdirir: “Qanun layihəsində göstərilir ki, ölkədə hansı növ silahlı qüvvə birləşməsi formalaşdırıla bilər”.
 
Qeyd edək ki, mövcud “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun 1991-ci ildə qəbul olunub və 10 maddədən ibarətdir.